
XIX ƏSRDƏ AZƏRBAYCANDA MİLLİ ŞÜURUN FORMALAŞMASINDA MİRZƏ FƏTƏLİ AXUNDOVUN VƏ HƏSƏN BƏY ZƏRDABİNİN SOSİAL-SİYASİ İDEYALARININ ROLU
Author(s) -
Rafail Ayvaz oğlu Əhmədli
Publication year - 2021
Publication title -
elmi əsərlər
Language(s) - Azerbaijani
Resource type - Journals
ISSN - 2219-9810
DOI - 10.30546/ifs.2021.1(36).9
Subject(s) - physics , humanities , philosophy
Məqalədə XIX əsrin əvvəllərində “Gülüstan” və “Türkmənçay” müqavilələri nəticəsində böyük bir xalqın və ölkənin ikiyə parçalandırılması nəticəsində Azərbaycanın taleyini çarRusiyasının istədiyi kimi həll edib, zəngin tarixi və mədəniyyəti olan bir xalqı müstəmləkəsinəçevirməsi, xalqın dilini, dinini, etiqadını, adət-ənənələrini unutdurmağa çalışması araşdırılır.M. F. Axundovun əsərlərində Azərbaycan cəmiyyətinin sosial-siyasi və mənəvi yüksəlişinəyeni istiqamət verməsi, milli şüurun formalaşmasına çalışması, azadlığa nail olmağın yollarınıgöstərməsı, zülmü aradan qaldırmaq üçün məzluma düzgün istiqamət verməklə onları hərəkətəgətirmək istəyi təhlıl olunur.Eyni zamanda H. B. Zərdabinin yazılarında sosial ədalətsizliyə qarşı çıxması, insanların diqqətini mövcud cəmiyyətdəki qanunsuzluqlara yönəltməsi, nadanlıq buxovlarından azad olmağasəsləməsi, işıqlı ideyalar sahibi olan ziyalıları birləşdirməyə çalışması,milli və sosial-siyasi ideyalarsayəsində Azərbaycanda milli dirçəliş, milli şüur, siyasi müstəqillik və hətta dövlətçilik ideyalarıformalaşdırmağa çalışması aydınlaşdırılır.Məqsəd: XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milli şüurun formalaşmasındavə milli dövlətçilik ideyasının inkişafında Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabinin rolunuaydınlaşdırmaq.Metodologiya: tarixilik və məntiqilik kontekstində təhlil.Elmi yenilik: XIX əsrin ikinci yarısından başlayaraq Quzey Azərbaycanda Avropa və ənənəviİslam dünyagörüşünün qarşılıqlı əlaqəsi tədqiq olunur. Bu əsrin ikinci yarısından milli şüurunformalaşmasında, yeni sosial-siyasi münasibətlərin yaradılmasında Mirzə Fətəli Axundov və Həsənbəy Zərdabinin fəaliyyəti araşdırılır.Açar sözlər: XIX əsr, çar Rusiyası, din, sosial - siyasi, mənəvi, milli şüur, azadlıq, sosialədalətsizlik, ideya, milli qurtuluş.