z-logo
open-access-imgOpen Access
Koksartrozlu xəstələrdə statik tarazlığın yaşa görə dəyişməsi
Author(s) -
K. E. Eyvazov,
F. E. Eyvazov,
R. R. Əliyev,
Ruslan Bayramov,
Ulunay Kanatlı
Publication year - 2018
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v2i2(10).57
Subject(s) - physics , combinatorics , mathematics
Yaşlı populyasiyada tarazlıq pozulmaları və bununla əlaqəli yıxılmalar tez-tez rast gəlinən dayaq-hərəkət sistemi problemlərindəndir. Bu populyasiyada diz və bud-çanaq oynağının degenerativ artriti geniş yayılmışdır. Təqdim edilmiş məqalədə birincili koksartrozu olan xəstələrdə yaşın statik tarazlığa təsirinə baxılmışdır. Tədqiqata başlamazdan əvvəl Qazi Universiteti Tibb Fakultəsi (QUTF) Etik komissiyasından tədqiqat üçün icazə alınmışdır. Tədqiqat zamanı daxiledilmə və xaricedilmə meyarları müəyyənləşdirilmişdir. Tadqiqata QUTF ortopediya və travmatologiya kafedrasına birincili koksartroz səbəbi ilə müraciət etmiş və daxiledilmə meyarlarına uyğun olan 46 xəstə cəlb edilmişdir. Xəstələr tədqiqat haqqında məlumatlandırılmış və yazılı olaraq icazə alındıqdan sonra tədqiqata daxil edilmişdirlər. Xəstələrin statik tarazlığı 950-460 BioSway statik tarazlıq cihazınında PST, LOS və CTSIB testləri istifadə edilərək dəyərləndirilmişdir. Dəyərləndirmə zamanı xəstələrin yaş artması ilə statik tarazlıq dəyərləri arasındakı korrelyasiya araşdırılmışdır. Аparılmış statistik analizdən sonra xəstələrdə yaşın artması ilə statik tarazlıq dəyərlərində və tarazlıq nəzarətində pisləşmə olduğu müşahidə edilmişdir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here