z-logo
open-access-imgOpen Access
Dağınıq skleroz və yaşlanma
Author(s) -
R.K. Shiraliyeva,
R.R. Aliyev
Publication year - 2021
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v2i18.303
Subject(s) - physics
Təqdim edilən məqalənin məqsədi dağınıq skleroz (DS) xəstələrinin yaşlanması və yaşlılarda DSin klinik gedişi, nevroloji status, komorbid vəziyyətlər və terapevtik aspektlərin tədqiqi olmuşdur. Tədqiqatın material və metodları. Tədqiqat zamanı “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı” çərçivəsində Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində xüsusi ekspert komissiyası tərəfindən bir il (01.07.201330.06.2014)ərzində Azərbaycan üzrə müayinə və müalicə edilən xəstələr (356 nəfər) araşdırılmışdır. Tədqiqatın nəticələri və müzakirə. DSdən əziyyət çəkən xəstələrin 7,3%nin (26 nəfər) yaşı ≥50 yaş olmuşdur. Xəstələrin orta yaşı 53,04±2,89 yaş, ilk DS həmləsinin baş verdiyi orta yaş göstəricisi 38,73±9,47 yaş olmuşdur. Diaqnoz qoyulanda isə xəstələrin orta yaşı 47,54±4,76 yaş təşkil etmişdir. Tədqiqatacəlb edilən xəstələrdə DSin davametmə müddəti orta hesabla 14,31±10,10 il olmuşdur. DSin klinik gedişində ikincili proqressivləşən DS bütün xəstələrin yarısında rast gəlinmişdir (50,0%), xəstələrin 38,46%də residivverən DS olmuşdur. Göründüyü kimi, ikincili proqressivləşən DS 50 yaşdan yuxarı xəstələr arasında residivverən DSi üstələmişdir. DS inkişaf etdikcə, xəstələrdə kiçik çanaq orqanlarının pozuntuları, hissiyat pozuntuları, hərəki pozuntular və koordinator pozuntuların rastgəlinmə tezliyi artır. Xəstələrin 15,4%i 2ci tip şəkərli diabet, 11,5%i ürəyin işemik xəstəliyindən əziyyət çəkmişdir. Təktək hallarda qastrointestinal patologiyalar, fəqərə sütununun degenerativ xəstəlikləri, ginekoloji xəstəliklər aşkarlanmışdır.Yekun. Yaşla əlaqədar digər patologiyaların rastgəlinmə tezliyinin artmasını nəzərə alaraq, yaşlı DS xəstələrində komorbid vəziyyətlərin vaxtında aşkarlanması və müalicəsinə xüsusi diqqət yetirilməlidir. “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət proqramı”nın tətbiqindən sonra DS xəstələrinə diqqət, xəstəliyin vaxtında aşkarlanmasına yönələn tədbirlər daha da artmışdır. Eyni zamanda uzun müddət DS xəstəliyindən əziyyət çəkən yaşlı xəstələrin müalicəsində və reabilitasiyasında irəliləyişlərə nail olunmuşdur

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here