Baş beyin şişlərinin kompleks müalicəsinin uğurları, problemləri və inkişaf perspektivləri
Author(s) -
S. A. Etibarlı
Publication year - 2019
Publication title -
national journal of neurology
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i3.199
Subject(s) - physics , nuclear medicine , medicine
Baş beynin şişləri baş beynin orqanik xəstəliklərinin 4%ni, bütün onkoloji xəstəliklərin isə 2%ni təşkil edir.
Neyroonkoloji xəstəliklərin ilbəil artması tendensiyası müşahidə edilir. Inkişaf etmiş ölkələrin statistik məlumatlarəna görə son 25 ildə neyroonkoloji xəstələrin sayı əvvəlki 50 il ilə müqayisədə 2 dəfə artmışdır. Alimlər bunu əsasən diaqnostik imkanların artması ilə əlaqələndirirlər.
Eyni zamanda, son 10-15 ildə müasir diaqnostika üsullarının (KT, MRT, MRA, PET) geniş tətbiqi, mikrocərrahi anatomiyanin öyrənilməsi, kəllə boşluğuna yeni girişlərin öyrənilməsi, mikrocərrahi texnologiyanın, o cümlədən endoskopik, naviqasiya sisteminin, anestezioloji nəaliyyətlər, operasiya zamanı aparılan monitorinq, operasiyadan sonrakı intensiv terapiya nəticəsində ölüm faizi əhəmiyyətli dərəcədə azalmış, (20-30%-dən 4-5%-ə qədər) operasiyaların radikallığı artmış və neyroonkoloji xəstələrin həyat keyfiyyəti yaxşılaşmışdır. Bütün bunlar baş beyin şişlərinin kompleks müalicəsinin uğurları hesab edilə bilər.
Bütün beyin şişləri beyindaxili (qlial) və ekstraserebral (meningiomalar) olmaqla 2 əsas böyük qrupa bölünürlər.
Accelerating Research
Robert Robinson Avenue,
Oxford Science Park, Oxford
OX4 4GP, United Kingdom
Address
John Eccles HouseRobert Robinson Avenue,
Oxford Science Park, Oxford
OX4 4GP, United Kingdom