
Kiari 1 malformasiyasının cərrahi müalicə nəticələri
Author(s) -
R. S. Xəlil-zadə,
S. A. Etibarlı,
R. Z. Nəbi-zadə
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i3.191
Subject(s) - physics
Kiari malformasiyası rombensefalonun anadan gəlmə qüsurları ilə xarakerizə olunan patologiyadır. Patologiyanın elementlərindən və mürəkkəblik dərəcəsindən asılı olaraq anomaliyanın dörd növü ayırd edilir. Cərrahi müalicənin perspektivləri və yayılmasına görə ən çox rast gəlinən anomaliya Kiari 1 malformasiyasıdır.
Kiari 1 malformasiyasının əsas elementləri: 1) kiçik arxa kəllə çuxuru; 2) beyincik badamcıqlarının foramen maqnumdan servikal spinal kanala herniasiyası; 3) onurğa beyni mərkəzi kanalının distenziyası – sirinqomieliya, hidromieliya (25% hallarda); 4) digər anadangəlmə anomaliyalara bağlılığının olmamasıdır.