
Xlor və soda istehsalinda işçilərin sinir sisteminin vəziyyəti
Author(s) -
R. K. Şirəliyeva,
V. Q. Suvorov,
S. Ə. Xəlilova
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i3.180
Subject(s) - physics , stereochemistry , chemistry
Ümumdünya Səhiyyə Təşkilatının 60-cı Assambliyasında sosial politikanın əsasını təşkil edən profilaktik tədbirlərin təkmilləşdirilməsi istiqamətində, işləyən əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, həmçinin milli sağlamlığın yaxşılaşdırılmasına dair 2008-2017-ci illər üçün Qlobal plan qəbul edilmişdir [3].
Zərərli və təhlükəli müəssisələrdə çalışan işçilərin sağlamlığının qorunması məqsədilə istehsal prosesində yaranan əlverişsiz amillərin, həm istehsalat, həm də ətraf mühitdə müxtəlif üsullarla təyini, onların sinir sisteminə təsiri nəticəsində yaranan peşə və peşəyönümlü xəstəliklərin öyrənilməsi peşə patologiyasının əsas elmi istiqamətidir. Fasiləsiz fəaliyyət göstərən civə katodulu xlor və soda istehsalında çalışan işçilərdə professional neyrotoksikozların erkən diaqnostikası, müalicəsi və profilaktikasında elmi əsaslandırılmış sosial və tibbi yardımın göstərilməlidir.
Öyrənilən müəssisədə (Səthi Aktiv Maddələr Zavodu – SAMZ) çalışan işçilərə kompleks təsir göstərən, buxar-qaz şəkilli zəhərli maddələrdən, metal civə və onun birləşmələrinin 10 dəfədən çox, səs-küyün 10 dB, ümumi vibrasiyanın isə 8 dB-lədək artıq olması, əlverişsiz iqlim şəraiti (yayda 9-11°C fərqlə yüksək hərarət, qışda isə aşağı hərarət 5-8°C, zəif hava cərəyanı, yüksək nisbi rütubət) və gərgin əmək prosesidir (statik, dinamik, lokal fiziki gərginlik, məcburi iş şəraiti, iş rejiminin gərginliyi). Bu iş şəraiti fəhlələrdə xroniki civə intoksikasiyası törətməklə, vegetativ sinir sistemi, periferik sinir aparatında funksional meyillilik, beyin qabığında qıcıqlanma və süstləşmə proseslərində, psixoemosional sferada dəyişiklik, işgörmə qabiliyyətinin aşağı düşməsi, reaktiv və şəxsiyyət həyacanının artması, ruh düşkünlüyü, əhval ruhiyyənin pisləşməsi, yaddaş və diqqətin zəifləməsi kimi dəyişiklikləri əmələ gətirə bilər.
İşin məqsədi: Psixo-nevroloji gərgin iş şəraitində civə və onun birləşmələri ilə təmasda olan işçilərin nevroloji, psixi və psixosomatik sağlamlıq vəziyyətin informativ göstəricilərin təyini ilə qiymətləndirilməsi.
Müayinə materialları və üsulları: Bu işin aparılmasında kompleks gigiyenik, psixofizioloji, nevroloji, riyazi-statistik metodlardan istifadə edilmiş və iş şəraitində instrumental və laborator müayinələr aparılmışdır.