z-logo
open-access-imgOpen Access
Hipofizin adenomasının endoskopik endonazal transfenoidal cərrahiyyəsi
Author(s) -
S. A. Etibarlı,
N. P. Əhmədov,
Y. Hacıyev
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i3.169
Subject(s) - physics , nuclear medicine , medicine
Son illərdə neyroendoskopiya beyin və onurğa beyni patologiyalarının müalicəsində bir üsul kimi geniş istifadə olunmağa başlamışdır. Endoskopik endonasal transfenoidal cərrahiyyə (EETC) hipofizin adenomalarında əsas müalicə üsullarından birinə çevrilmişdir. EETC selyar, supraselyar, intraventikulyar, retroinfindibular və invaziv şişlər üçün göstərişdir. Residivlər və rezidual şişlər, hipofizin apopleksiyası, boş türk yəhəri sindromu da EETC ilə müalicə oluna bilər. Müasir neyronaviqasiyon texnika, ultrasəs aspiratorlar, ultrasəs sümük küretlərin əlavə olaraq istifadə olunması təhlükəsizliyi daha da artırmış olur.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here