z-logo
open-access-imgOpen Access
Beyin sunamiləri: nevroloji xəstəliklərdə kortikal yayılan depolarizasiya dalğaları
Author(s) -
Şahin Hanalıoğlu
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i3.165
Subject(s) - physics
Kortikal yayılan depressiya (KYD) ilk dəfə olaraq Aristides Leao tərəfindən 1944-cü ildə qeyd olunmuşdur və beyin hüceyrələrinin böyük bir hissəsinin sürətli və demək olar ki tamamilə depolyarizasiyası ilə xarakterizə olunur, regenerativ, "bütün ya da heç" tipli bir proses kimi formalaşır, beyin toxumasında yavaş irəliləyən (2-6 mm/dəq)  dalğa yaradır. Heyvanlar və insanlar üzərində aparılan tədqiqatlar nəticəsində  migren aurasının KYD tərəfindən törədildiyi  geniş miqyasda qəbul olunmuşdur. Bu dalğalar, xüsusilə də zədələnmiş beyin toxumasında böyük ion dəyişiklikləri, vazokonstruksiya və s. dağıdıcı nəticələrə səbəb olduğuna görə bəzən "beyin sunamiləri" və ya "öldürücü dalğalar" kimi də adlandırılır. Yarım əsrdən artıq bir müddət ərzində belə düşünülürdü ki, KYD təkcə heyvanlarda yarana bilir, lakin  on iki il bundan əvvəl insan beynində də KYD əmələ gələ biləcəyi haqda qeydlər oldu. Bu kəşfdən sonra aparılan çoxsaylı araşdırmalar göstərdi ki, KYD-yə müxtəlif nevroloji xəstəliklərdə və xəstələrin böyük əksəriyyətində (yarıdan çoxunda) təsadüf olunur. Belə xəstəliklər sırasında travmatik beyin zədələnmələri, subaraxnoidal qanaxma, intraserebral hematoma və hemisferik insult  qeyd oluna  bilər ki, bu zaman beyində böyük həcmdə  travmatik və ya  vaskulyar  zədələnmə olur. Son zamanlar beyin travmalarından sonrakı prognozun KYD-lərin tipi və tezliyi ilə kifayət qədər  əlaqəli olduğu müəyyənləşmişdir. Son onillikdə yayılan depolyarizasiyaların insanlar üzərində araşdırılmasında COSBID (Cooperative Studies of Brain Injury Depolarisations) adlanan beynəlxalq işçi qrupunun böyük   rolu olmuşdur. Bu qrup araşdırmalar nəticəsində yayılan depolarizasiya dalğalarının bir çox nevroloji xəstəlikdə mühüm rol oynadığını aşkarlamış, tanınmış beynəlxalq elmi jurnallarda 20-dən artıq məqalə çap etdirmişdir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here