
Nanotexnoloji üsulla hazirlanmış “Naftalan” balzamının vertebrogen nevroloji sindromlu xəstələrin müalicəsində tətbiqi
Author(s) -
R. Q. Zeynalov,
Sevinj Huseynova,
L. R. Nuriyeva,
S. S. İmamverdiyeva,
E. E. Mustafayeva,
N. N. Nəbiyev,
M. Y. Məmmədova
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i3.148
Subject(s) - physics
Müxtəlif xəstəliklərin kompleks müalicəsi və reabilitasiyası məqsədilə Azərbaycanda geniş istifadə olunan təbii amillərdən biridə naftalandır.
Naftalan XIII əsrdən bəri bu və ya digər xəstəliklərin müalicəsində xalq təbabətində istifadə olunmuş, dünya şöhrəti qazanmışdır. Son 50-60 ildə onun elmi əsaslarla müalicədə tətbiqi aktual məsələyə çevrilmiş, çoxlu elmi tədqiqat işlərinin obyekti olmuşdur. Müəyyən edilmişdir ki, naftalan ağrıkəsici, damar genəldici, spazm götürücü, qan dövranını yaxşılılaşdırıcı və s. təsirlərə malikdir. Naftalanla müalicə zamanı bu amilin digər fizioterapevtik amillərlə kompleks şəklində tətbiqinə geniş yol verilir [6,7,8,9,11,19,20].
Aparılan tədqiqatların yekunu kimi, məlum olmuşdur ki, naftalan əsas etibarı ilə 3 tərkib hissədən ibarətdir: naften karbohidrogenləri 50-55%, qətran – 30-35% və aromatik karbohidrogenlər – 15%. Həmdə müəyyən edilmişdir ki, naftalanın müalicəvi təsiri onun tərkibindəki naften karbohidrogenlərdən asılıdır, qətran və aromatik karbohidrogenlər isə mənfi xüsusiyyət daşıyan birləşmələrdilər. Qeyd olunmuşdur ki, naften karbohidrogenləri adi bioloji oksidləşmə zamanı proqesterona yaxın kimyəvi birləşmələrə çevrilirlər ki, bunlarda orqanizmdə bərpa prosesinə təkən verə bilərlər [1,2,15,16,21]. Naftalanın müalicəvi təsirinin naften karbohidrogenlərindən asılı olduğu üçün, son illərdə məhz bu birləşmələrin müalicəvi tətbiqi diqqət mərkəzində olmuşdur [1,9,13] və bu məsələ bu gündə öz aktuallığını saxlamaqdadır.