z-logo
open-access-imgOpen Access
2­ci tip şəkərli diabeti olan xəstələrdə ümumi yuxu arteriyasının intima­media kompleksinin qalınlığına aterogen risk amillərinin təsirinin qiymətləndirilməsi
Author(s) -
R.K. Shiraliyeva,
N.K. Guliyeva,
X.I. Hasanov,
R.R. Aliyev,
D.M. Aliyeva
Publication year - 2020
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i16.275
Subject(s) - physics
2­ci tip səkərli diabeti olan xəstələrdə ümumi yuxu arteriyasının (ÜYA) intima­media kompleksinin qalınlıgına (İMKQ) müx­ təlif risk amillərinin (hiperqlikemiya, hiperlipidemiya, arterial hipertenziya (AH), siqaret çəkmə) təsirini öyrənmək məqsədilə orta yaşı 58±15,2 yaş olan və şəkərli diabetin müddəti 9,8±7,4, AH­nın müddəti isə 15,6±4,9 olan 60 xəstə (26 kişi və 34 qadın) müayinə olunmuşdur. Bütün xəstələr stasionar fiziki müayinədən, elektrokardioqrafiya, exokardioqrafiya, ekstrakranial damar­ ların duppleks skanlaşması prosedurlarından və risk amillərinin qiymətləndirilməsindən keçmişlər. Acqarnına qlikemiyanın, postprandial qlikemiyanın, lipid spektrinin göstəricilərinin səviyyəsinin dinamikası qiymətləndirilmişdir. Alınan nəticələr onu göstərir ki, ÜYA­nın İMKQ­nın ultrasəs müayinəsi 2­ci tip şəkərli diabeti olan xəstələrdə damar divarının vəziyyətinə müxtəlif aterogen risk amillərinin (mexaniki – AH; biokimyəvi – dislipidemiya; hiperqlikemiya; toksiki – siqaret çəkmə) mənfi təsirinin qiymətləndirilməsi imkanını verir. Bu isə gələcəkdə aterosklerozun profilaktikası üçün muasir aktiv tədbirlərin aparılmasına şərait yarada bilər və xəstəliyin proqressivləşməsini zəiflədə, damar agırlaşmalarının tezliyini əhəmiyyətli dərəcədə azalda bilər.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here