z-logo
open-access-imgOpen Access
Dağınıq sklerozun differensial diaqnostikası
Author(s) -
R. K. Şirəliyeva
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i1.207
Subject(s) - physics , crystallography , chemistry
Hal-hazırda yeni müayinə metodlarının (MRT, sensor və motor törədilmiş potensiallar) yaranmasına baxmayaraq, dağınıq sklerozun (DS) diaqnostika və differensial diaqnostikası asan olmayan məsələ olaraq qalır. Dəqiq DS diaqnozu ilkin simptomların meydana gəlməsindən orta hesabla 2-3 il sonra qoyulur, xəstələrin təxminən yarısı isə diaqnoz qoyulan anda artıq ən azı 5 il bu xəstəlikdən əziyyət çəkmiş olurlar. DS diaqnozlu xəstələrin təxminən 10-dan 1-də digər xəstəlik olur və əksinə 4-5% hallarda DS-li xəstələrə əvvəlcə başqa diaqnoz qoyulur. DS-in diaqnostikasında xəstəliyin klinik əlamətləri əsasdır – “məkan və zamanda dağınıqdırlar”. Anamnestik məlumatlar dəqiq təhlil olunmalıdır. Xəstəliyin ilk kəskinləşmə vaxtının və onun təzahürlərinin müəyyənləşdirilməsi vacibdir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here