z-logo
open-access-imgOpen Access
Perinatal asfiksiya keçirmiş yenidoğulanlarda poliorqan zədələnmələrinin ağırlıq dərəcələrinin qiymətləndirilməsi
Author(s) -
A. S. Hacıyeva
Publication year - 2018
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i1(9).68
Subject(s) - physics
Təqdim edilmiş tədqiqat perinatal asfiksiya keçirmiş yenidoğulanlarda poliorqan zədələnmələrinə həsr edilmişdir. Tədqiqtın məqsədi perinatal asfiksiya keçirmiş yenidoğulanlarda poliorqan zədələnmələrinin ağırlıq dərəcəsinin müəyyən edilməsindən ibarətdir. Material və metodlar. Tədqiqata perinatal asfiksiya keçirmiş 126 yenidoğulan (74 vaxtından əvvəl, 52 vaxtında doğulan) uşaq cəlb edilmişdir. Onların hestasiya yaşı 29-41 həftə, bədən kütləsi 950-4200 qr, boyu 34-53 sm arasında tərəddüd etmişdir. Uşaqların vəziyyətinin ağırlığı SNAP-PE şkalasına əsasən təyin edilmişdir. Uşaqlar 2 qrupa (əsas və müqayisə qrupu)  bölünmüşlər. Əsas qrupa SNAP-PE şkalası ilə qiymətləndirmənin nəticəsı 20 baldan yuxarı olanlar - 94 uşaq (74,6%), müqayisə qrupuna isə 20 baldan aşagı nəticəsi olanlar – 32 uşaq (25,4%) aid edilmişdir. Nəticə. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, SNAP-PE şkalasının qiymətləri əsas qrupda müqayisə qrupuna nisbətən statistik əhəmiyyətli dərəcədə yüksək olmuşdur (p<0,05). Əsas qrupa daxil olan yenidogulanlarda SNAP-PE şkalasının qiymətləri 22-34 arasında, müqayisə qrupunda 8-20 arasında tərəddüd etmışdir. Perinatal asfiksiya ilə doğulmuş uşaqların vəziyyətinin SNAP-PE şkalası ilə qiymətləndirilməsi zamanı onun yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması müəyyən edildi. SNAP-PE şkalası ilə qiymətləndirilmənin istifadə olunması yenidoğulanlarda poliorqan çatmamazlığının inkişafının proqnozlaşdırılmasına və fəsadların qarşısının alınmasına imkan verər.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here