z-logo
open-access-imgOpen Access
Neonatal qıcolma diaqnozu ilə uşaqların antenatal və inrtanatal səciyyələri
Author(s) -
R. К. Şirəliyeva,
A. K. Məmmədbəyli,
A. Q. Səfərova
Publication year - 2018
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i1(13).2
Subject(s) - physics , medicine
Tədqiqatın məqasədi. Respublika Perinatal Mərkəzində doğulmuş neonatal qıcolma diaqnozu ilə uşaqların antenatal və intranatal səciyyələrinin kompleks qiymət­ləndirilməsi.Tədqiqatın materialları və metodları. Müşahidə altında neonatal qıcolma tutması ilə 73 uşaq olmuşdur. Toplanmış məlumat bazasına ananın yaşı, antenatal və intranatl patologiyaları, doğuşun sıra sayı və variantları, dölün hestasiya yaşı, bədən kütləsi, Apqar şkalasına müvafiq durumu, qıcolmanın ilk təzahür vaxtı və klinik formaları daxil edilmişdir. Statistik işləmə keyfiyyət əlamətlərinin analizi metodları ilə aparılmışdır.Nəticələr. Uşaqların nisbətən çox hissəsi 25 və yuxarı yaşda anaların övladlarıdır: 32,9±5,4% (95% etibarlılıq intervalı 26,8-43,8%) 25-29 yaşlı, 16,4±4,3% (95% etibarlılıq intervalı 7,7-25,1%) 30-34 yaşlı, 17,8±4,4% (95% etibarlılıq intervalı 8,8-26,7%) 35 və yuxarı yaşlı analar. Uşaqların analarında 1,4±1,4% (95% etibarlılıq intervalı 0-4,1%) hallarda şəkərli diabet, 5,5±2,6% (95% etibarlılıq intervalı 0,2-10,8%) hallarda arterial hipertenziya, 35,6±5,6% (95% etibarlılıq intervalı 24,4-46,8%) hallarda anemiya, 57,5±5,7% (95% etibarlılıq intervalı45,9-69,1%) hallarda digər xəstəliklər qeydə alınmışdır. Yekun. Neonatal qıcolma sindromu ilə uşaqların əksəriyyəti gənc anaların (65,8% 25 yaşa qədər) birinci (53,4%) doğuşlarında aşkar edilmişdir. Antenatal və intranatal risk amillərindən preeklampsiya və eklampsiya və vaginal doğuşlar nisbətən çox neonatal qıcolması olan uşaqları assosiasiya edir. Neonatal qıcolma sindromu diaqnozu ilə xəstələr arasında oğlanlar (61,6±5,6%), hestasiya yaşı >37 həftə (61,6±5,6%), bədən kütləsi hestasiya yaşına uyğun olan (69,9%) uşaqlar nisbətən çoxdur. Neonatal qıcolma sindromunun səbəbləri arasında hipoksiya üstünlük təşkil edir (43,8±5,8%), ilk təzahürü əsasən birinci 24 saat ərzində baş verir (79,5±4,7%), çox vaxt fokal və multifokal klonik qıcolmalarla (49,3%) səciyyələnir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here