z-logo
open-access-imgOpen Access
Qiqant serebral anevrizmalar və onların axın yonləndirici stentlə müalicəsi
Author(s) -
C. Q. Məmmədov,
Aytəkin Axundova,
L. N. Əliyeva,
A. X. Həmzəli,
R. N. Qəhrəmanova,
M. A. Muxtarova,
Qərənfil Quliyeva
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v0i0.250
Subject(s) - physics
Məqalənin məqsədi Azərbaycanda praktikamızda gördüyümüz və uğurlu müalicə olunan çox nadir rast gəlinən qiqant ölçülüqanamış beyin anevrzimasını göstərməkdir. Material və metodlar. Bizim klinik praktikamızda 20002018ci illər arasında 118 serebral anevrzimanın cərrahi müalicəsi aparılmış. Bunlardan yalnız 3dəqiqant ölçülü (25mm>) anevrizma rast gəlmişdir. Klinik müşahidə və əməliyyat şəkilləri kontrolda saxlanılmışdır. Nəticə. 3 xəstənin 2siqansızma ilə bizim klinikaya müraciət etmiş, 1 xəstə ağır vəziyyətdə (GKŞ=4 bal) xəstəxanaya gətirilmiş, xəstəyə təcili hemikranioktamiya icra edilmiş, lakin xəstəninhəyatını xilas etmək mümkün olmamışdır. Bu xəstənin anevrizmasına müdaxilə edilməmişdir. Digər 2 xəstədə cərrahi əməliyyaticra edilmişdir: 1 qanamamış qiqant Pcom anevrziması uğurlu, 2 ədəd axın yönləndirici stent implantasiya edilərək okklüziyaedilmişdir. Digər xəstə 2 etaplı endovaskulyar müalicə almışdır – öncə koiling daha sonra axın yönləndirici stent implantasiyası.Yekun. Qiqant anevrizmaların rast gəlmə tezliyi ümumi anevrizmaların cəmi 1%ni təşkil edir. Buna baxmayaraq, bu anevrzimalar olduqca yüksək qanamaya meyllidir. Digər cəhətdən, adətən qiqant anevrzima cırılmaları ölümlə nəticələnir. Mikrocərrahi klipinq olduqca riskli olduğundan  adətən bu xəstələri endovaskulyar yolla əməliyyat edirlər. Son dövrlər bu anevrzimaların müalicəsində axın yönləndirici stentlərin tətbiqi endovaskulyar əməliyyatların riskini azaltmış anevrizmanın okklüziya ehtimalını artırmışdır. Hal hazırda ölkəmizdə də tətbiq olunan bu stentlər yüksək faiz okklüziya yaratmaqla aşağı cərrahi riskli qurğu olduğunu göstərir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here