
Ortotopik çoxdüyünlü zob ilə müşayiət olunan lateral ektopik tiroid: kliniki hal təqdimatı
Author(s) -
E.Eliyev,
A.Eliyev,
Rashad Ismayilov
Publication year - 2020
Publication title -
eurasian journal of clinical sciences
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-7668
pISSN - 2522-9176
DOI - 10.28942/ejcs.v2i2.91
Subject(s) - chemistry , medicine , endocrinology
Ektopik tiroid, qalxanabənzər vəz toxumasının normal pretraxeal nahiyədən başqa bir yerdə mövcud olması ilə təzahür edir və qalxanabənzər vəzi embriogenezinin erkən mərhələlərində meydana çıxan qüsurlardan qaynaqlanan, nadir rast gəlinən inkişaf anomaliyasıdır.Ektopik tiroid toxumalarının ən çox rast gəlindiyi nahiyə - məhz, servikal nahiyədəki orta xətdir. Boynun lateral nahiyələrində isə ektopik tiroid toxumasına çox nadir hallarda rast gəlinir. Ortotopik tiroid vəzinin lateral ektopik tiroid ilə eyni vaxtda meydana çıxması da, olduqca nadir hallarda rast gəlinən bir vəziyyətdir. Normal lokalizasiyalı çoxdüyünlü zobu (multinodulyar zob) olan xəstədə, lateral servikal nahiyədə - nadir hallarda müşahidə olunan ektopik tiroid hallarının rast gəlindiyi barədə də məlumat verilmişdir. Lateral nahiyələrdə ektopik tiroid toxumasına çox nadir hallarda rast gəlinməsinə baxmayaraq, lateral boyun şişliklərinin differensial diaqnostikasında ektopik tiroid diaqnozu mütləq nəzərə alınmalıdır.