
Anadangəlmə unilateral pulmonar ageneziya müşahidəmiz
Author(s) -
Narmin Azizova
Publication year - 2020
Publication title -
eurasian journal of clinical sciences
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-7668
pISSN - 2522-9176
DOI - 10.28942/ejcs.v2i2.84
Subject(s) - medicine , physics , nuclear medicine
Unilateral pulmonar ageneziya nadir rastlanan (10.000 – 15.000 yenidoğulandan 1-də) anadangəlmə qüsur olub, yenidoğulanlarda və həyatın sonrakı dövrlərində aşkar edilir. Yenidoğulan dövrdə daha çox respirator distresə səbəb olur və xəstələrin bir qismi tənəffüs çatışmazlığı ilə həyatını itirirlər. Xəstələrin təqribən yarısında yanaşı olaraq kardiovaskulyar, gastrointestinal və dayaq-hərəkət aparatının anomaliyaları rastlanır. Diaqnoz əsasən komputer tomoqrafiya əsasında qoyulur. Yenidoğulan dövrdə nadir rast gəlinən sağ tərəfli pulmonar ageneziyalı bir klinik müşahidəmizi təqdim edirik.