Open Access
Dəm qazının toksik təsirinin diaqnostika və müalicəsi
Author(s) -
İsmayıl Əfəndiyev,
Rəna Şirəliyeva,
Aytən Məmmədbəyli,
Rahim Əliyev,
Nabil Seyidov,
Leyla Fətullayeva
Publication year - 2019
Publication title -
eurasian journal of clinical sciences
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-7668
pISSN - 2522-9176
DOI - 10.28942/ejcs.v2i1.53
Subject(s) - physics , analytical chemistry (journal) , crystallography , nuclear chemistry , chemistry , chromatography
Karbon monooksid (CO, dəm qazı) metanın yanması nəticəsində yaranan iysiz, dadsız, rəngsiz, qıcıqlandırıcı xüsusiyyətləri olmayan qazdır. Adətən CO-nun atmosferdə konsentrasiyası 0,001 faizdən aşağı olur, lakin şəhər ərazilərində və ya qapalı mühitlərdə bundan yüksək ola bilər. Oksigenlə müqayisədə CO hemoqlobinlə daha möhkəm birləşərək, karboksihemoqlobin əmələ gətirir (COHb), nəticədə oksigenin nəqli və sərfinin zəifləməsi baş verir. CO həmçinin iltihab kaskadını sürətləndirir, bunun hesabına MSS-də lipidlərin peroksidləşməsi və gecikmiş nevroloji fəsadlara səbəb olur.
Yanğınla əlaqədar tüstü ilə nəfəs alma karbon monooksid (CO) zəhərlənmələrinin əsas hissəsini təşkil edir. Ehtiyatsızlıqdan, yanğınla əlaqəli olmayan CO zəhərlənmələri il ərzində təxminən 5-10 ölümə səbəb olur, ölümlə nəticələnən qəsdən törədilmiş CO zəhərlənmələrin sayı isə bundan iki dəfə artıqdır. Qəsdən törədilən zəhərlənmələr üçün ölüm göstəricisi ehtiyatsızlıq üzündən baş verən hadisələrlə müqayisədə yüksəkdir.
Qəsdən zəhərlənmələrdən fərqli olaraq, ehtiyatsızlıqdan baş verən zəhərlənmələr həm mövsümi, həm də regional variasiyalar nümayiş etdirir və daha çox soyuq iqlim şəraitində qış aylarında baş verir. Əsasən gecikmiş neyrokoqnitiv pozğunluqlarla özünü göstərən xəstəlik vəziyyəti, ilkin stabilləşmədən sonra zərərçəkənlərin 40 faizə qədərində persistə edir.