z-logo
open-access-imgOpen Access
Nevroloji dilemma: Üz iflicinin mərkəzi və ya periferik olduğunu kliniki necə ayırd etməli?
Author(s) -
Mərziyyə Y. Məmmədova,
Sahil S. Mirzəyev,
Kamran Salayev
Publication year - 2021
Publication title -
eurasian journal of clinical sciences
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-7668
pISSN - 2522-9176
DOI - 10.28942/ejcs.v1i4.51
Subject(s) - physics , stereochemistry , crystallography , medicine , chemistry
Giriş: Ədəbiyyata geniş baxış keçirilərək üz əzələləri ifliclərinin kliniki differensasiyası barədə fikirlər araşdırıldı. Məqsəd: Üz siniri neyropatiyası ilə əlaqədar kliniki incə məqamların araşdırılması, bəzi anlaşılmazlıqlara aydınlıq gətirilməsi və  həkimlərin bu məlumatlarla tanış edilməsi. Nevrologiya üzrə həm yerli, həm də əcnəbi müəlliflərin dərsliklərinin, monoqarfiyalarının, rəhbərliklərinin əksəriyyətində üz sinirinin neyropatiyasının mərkəzi və periferik səbəbli formaları əslində olduğundan sadə təsvir olunur və ya bu formaların arasındakı fərqlərə, üst-üstə düşmələrə yetərincə nəzər yetirilmir. Həmçinin, görünür elə  buna görə də  bu cür baxış həkimlərin üz siniri neyropatiyası ilə bağlı sosial şəbəkələrdə müzakirələrində də öz əksini tapır. Bu cür baxış asan olsa da, real xəstə ilə bağlı heç də həmişə özünü doğrulda bilməz.   Son illərdə həm dövrü tibbi ədəbiyyatda, həm də nevrologiya üzrə rəhbərliklərdə bu barədə maraqlı məlumatlar qeyd olunmuşdur. Material və Metodlar: Bizim tərəfimizdən mövcud kliniki protokollara, Koxreyn bazasına, orijinal məqalələrə, nevrologiya üzrə dərslik, monoqrafiya və rəhbərliklərə baxış keçirilmişdir. Əsasən son 10 ildə dərc olunmuş materiallara diqqət verilmişdir. Nəticə: Müasir ədəbiyyatda göstərilən incəlikləri nəzərə alınmaqla üz siniri neyropatiyasına əsaslı baxış diaqnostik səhvlərin qarşısını ala bilər.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here