
ATD-nin ilanvurmalar zamanı ilk yardım, profilaktika və müalicə üzrə metodik vəsaiti
Author(s) -
I. N. Əfəndiyev,
Nabil Seyidov,
S. N. Bünyatova,
S. S. Mirzəyev
Publication year - 2021
Publication title -
eurasian journal of clinical sciences
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-7668
pISSN - 2522-9176
DOI - 10.28942/ejcs.v1i4.50
Subject(s) - physics , chemistry
Bu metodik vəsait həm mülki həkimlər, həm də problemin aktuallığı nəzərə alınaraq hərbi həkimlər üçün nəzərdə tutulmuşdur. Məlum olduğu kimi, Azərbaycanda ilanvurmalar, xüsusilə zəhərli ilan dişləmələri hər həkimin gündəlik praktikasında rast gəlinə bilən bir yayılmış patologiya deyildir. Tamamilə təbiidir ki, bu patologiyalar üzrə həkimlərin nəzəri və praktiki hazırlığı arzuolunan səviyyədə deyildir. İlanvurmaların müasir səviyyədə diaqnostika və müalicəsinin aparılması üçün ilk əvvəl ilanların növlərini yaxşı tanımaq, ayırd etmək və zəhərin toksik təsirini bilmək lazımdır. Ona görə də, metodik vəsaitdə olan məlumatlar bu patologiya ilə qarşılaşa biləcək tibb işçilərinə maraqlı və faydalı olacaqdır. Metodik vəsait ilkin səhiyyə səviyyəsində çalışan həkimlər, toksiko-logiya, reanimasiya və intensiv terapiya, cərrahiyyə şöbələrinin və bölgələrdə yerləşən hərbi hissə həkimləri üçün nəzərdə tutulmuşdur. Metodik vəsaitin məqsədi Azərbaycanda ilanvurmaların diaqnostikası, ilk yardımı, müalicəsi və profilaktikası ilə bağlı sübutlu təbabət prinsiplərinə əsaslanmış dəqiq tövsiyyələrin işlənib hazırlanmasıdır.