
Magistral arteriyaların transpozisiyası və ya TGA
Author(s) -
Nabil Seyidov
Publication year - 2018
Publication title -
eurasian journal of clinical sciences
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-7668
pISSN - 2522-9176
DOI - 10.28942/ejcs.v1i4.31
Subject(s) - chemistry
Magistral arteriyaların transpozisiyası (TGA, transposition of great arteries) yenidoğulmuşlar arasında ikinci ən çox rast gəlinən anadangəlmə ürək qüsurudur və ümumi ürək qüsurlarının 4-5%-ni təşkil edir. Magistral arteriyaların transpozisiyası hər 1000 diri doğuşdan 0.2-0.4-də rast gəlinir. Magistral arteriyaların transpozisiyası 3:1 nisbətində daha çox oğlanlarda rast gəlinir. Müalicə aparılmadıqda həmin körpələrin 90%-ı həyatlarının ilk ilində ölür.