z-logo
open-access-imgOpen Access
SƏNAYE İDARƏETMƏ SİSTEMLƏRİNDƏ KİBERTƏHLÜKƏSİZLİK PROBLEMLƏRİNİN ANALİZİ
Author(s) -
Yadigar İmamverdiyev,
Amea İnformasiya Texnologiyaları İnstitutu
Publication year - 2021
Publication title -
informasiya texnologiyaları problemləri
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2304-0157
pISSN - 2077-4001
DOI - 10.25045/jpit.v12.i2.02
Subject(s) - physics , crystallography , chemistry
Sənaye idarəetmə sistemləri (SİS) elektrik istehsalı və təchizatı, içməli su təchizatı, neft və neft-kimya, nüvə enerjisi, nəqliyyat sistemləri, dəmir yolu və metro sistemlərində idarəetmə və monitorinq üçün geniş istifadə olunurlar. Onlar bu kritik milli infrastrukturlarda əməliyyatların beyni və onurğa sütunudur. Kritik infrastrukturların işinin pozulması cəmiyyətə sürətlə və getdikcə kəskinləşən təsir göstərə bilər və bu təsiri kritik infrastrukturlar arasında yüksək dərəcədə qarşılıqlı asılılıq daha da ağırlaşdırır. 2009-cu ildə aşkarlanmış Stuxnet zərərli proqramı SİS kibertəhlükəsizliyinin reallığını və ciddiliyini göstərdi. Industry 4.0 konsepsiyasının geniş tətbiqi ilə əlaqədar SİS-lərin kibertəhlükəsizliyi xüsusi aktuallıq kəsb edir. Məqalədə SİS-lərin mahiyyəti və komponentləri barədə qısa məlumat verilir və onların kibertəhlükəsizliyinin müasir vəziyyətinin qısa analizi aparılır. SİS-lərin kibertəhlükəsizliyinin qiymətləndirilməsi üzrə tədqiqatlar risklərin idarə edilməsi, zərərli proqram təminatının aşkarlanması və analizi metodları, kibertəhlükəsizliyin monitorinqi üçün honeynet texnologiyaları və test stendlərinin yaradılması istiqamətləri üzrə analiz edilir və hər bir istiqamət üzrə açıq tədqiqat problemləri göstərilir. Əsas tədqiqat metodları modelləşdirmə, müqayisəli və təsviri metodlar, analogiya, analiz və sintez metodlarıdır; əsas tədqiqat yanaşmaları sistemli, kompleks və situativ yanaşmadır. Alınmış nəticələrin ölkədə SİS-lərin kibertəhlükəsizliyi infrastrukturunun formalaşdırılması və inkişafında, SİS kibertəhlükəsizliyi sahəsində elmi tədqiqatların təkmilləşdirilməsi və milli informasiya təhlükəsizliyi üzrə tədbirlər kompleksinin işlənməsində və praktiki reallaşdırılmasında faydalı olacağı gözlənilir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here