z-logo
open-access-imgOpen Access
BEYİN KOMPÜTER İNTERFEYSİ: PERSPEKTİVLƏRİ, TƏTBİQLƏRİ VƏ PROBLEMLƏRİ
Author(s) -
Məmməd Həşimov,
Amea İnformasiya Texnologiyaları İnstitutu
Publication year - 2021
Publication title -
informasiya texnologiyaları problemləri
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2304-0157
pISSN - 2077-4001
DOI - 10.25045/jpit.v12.i1.04
Subject(s) - physics , stereochemistry , chemistry
Uzun illərdir ki, bir çox tədqiqat mərkəzlərində insan beyni ilə müxtəlif cihazlar arasında birbaşa əlaqənin qurulması istiqamətində intensiv tədqiqat işləri aparılır. Bu tədqiqatlar beyin siqnalları vasitəsilə insan beyni ilə kompüterlər, əlil arabaları, protez cihazları və digər alətlərin idarə olunması məqsədilə həyata keçirilmişdir. Məhz buradan "Beyin-kompüter interfeysi" (BKİ) termini meydana gəlmişdir. BKİ bir-birini qarşılıqlı şəkildə tamamlayan insan beyni ilə kompüter arasında əlaqə sistemidir. Bu interfeys insan bədəninin sinir-əzələ sistemi ilə deyil, onun zehni fəaliyyətinin köməyi ilə əlaqənin qurulmasına imkan verir. Məqalədə BKİ-nin inkişaf mərhələləri, mövcud vəziyyəti və gələcək perspektivləri barədə məlumat verilmişdir. BKİ-nin arxitekturası təhlil edilmiş, beyindən siqnalların alınması üsulları və texnikaları araşdırılmış, həmin siqnallar vasitəsilə cihazların işləmə prinsipi təqdim edilmişdir. BKİ tətbiqləri ilə bağlı həyata keçirilən təcrübələr və onlardan əldə olunan nəticələr göstərilmişdir. BKİ-nin laboratoriya mühitindən real həyat tətbiqetmələrinə keçməsi üçün bu sahədə mövcud olan problemlər analiz edilmiş və çatışmazlıqlar müəyyənləşdirilmişdir. BKİ-nin inkişafına dair müəyyən təkliflər verilmişdir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here