z-logo
open-access-imgOpen Access
YENİ MEDİA SAHƏSİNDƏ KADR HAZIRLIĞI: BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCANDA MÖVCUD VƏZİYYƏT
Author(s) -
Gülnar Paşayeva,
Amea İnformasiya Texnologiyaları İnstitutu
Publication year - 2021
Publication title -
informasiya cəmiyyəti problemləri
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2309-7566
pISSN - 2077-964X
DOI - 10.25045/jpis.v12.i1.10
Subject(s) - physics
Məqalədə medianın cəmiyyətdə yeri və rolu, yeni media təhsilinin vəzifələri və onun tərkib hissələrinə dair aparılan araşdırmaların nəticələri təqdim olunmuşdur. Dünyada yeni medianın tədrisi sahəsində müasir vəziyyət, tanınmış jurnalistika məktəbləri və universitetlərin əsas tədqiqat sahələri araşdırılmışdır. ABŞ və Avropanın media sahəsində nüfuzlu ali məktəblərinin bakalavr və magistratura pillələrində tədris olunan fənlər, təhsil proqramları, eləcə də nəzəri biliklərə dair nümunələr təqdim olunmuşdur. Həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlər, aparıcı ali məktəblər tədqiq olunmuş, müqayisəli təhlil aparılmışdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalistikanın nəzəri və praktik problemləri, əsas inkişaf istiqamətləri ilə bağlı tədris olunan fənlər göstərilmişdir. Tədqiqat zamanı empirik və müqayisəli təhlil metodlarından istifadə olunmuşdur. Tədqiqatın aparılmasında əsas məqsəd yeni media sahəsində kadr hazırlığı ilə bağlı dünya təcrübəsini araşdırmaq və əldə olunan nəticələri, müasir təcrübəni Azərbaycanın media təhsilində tətbiq etməklə bu sahənin inkişafına nail olmaqdır.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here