
İKT ƏSASLI TEXNOLOJİ İNNOVASİYA İQTİSADİYYATI SEKTORLARININ FORMALAŞMASI VƏ ONLARIN SOSİAL İQTİSADİ PROSESLƏRƏ TƏSİRİ ASPEKTLƏRİ
Author(s) -
Əlövsət Əliyev,
Roza Şahverdiyeva
Publication year - 2021
Publication title -
informasiya cəmiyyəti problemləri
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2309-7566
pISSN - 2077-964X
DOI - 10.25045/jpis.v12.i1.09
Subject(s) - physics
Məqalədə İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri və onların sosial iqtisadi proseslərə təsiri araşdırılmışdır. Azərbaycan iqtisadiyyatında ənənəvi sahələrlə yanaşı, yeni sektorların inkişaf etdirilməsi istiqamətləri göstərilmişdir. İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları müəyyənləşdirilmiş, onların formalaşması xüsusiyyətləri, problemləri tədqiq olunmuşdur. Onların formalaşmasında İKT-nin tətbiqi problemləri və perspektiv vəzifələri müəyyənləşdirilmişdir. Bəzi qlobal İKT, innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyəti təhlil edilmişdir. Texnoloji innovasiya iqtisadiyyatının formalaşdırılmasında innovativ inkişafı xarakterizə edən göstəricilər təklif olunmuşdur. Mobil sistem və texnologiyaların iqtisadi xüsusiyyətləri, problemləri izah olunmuş, beynəlxalq təcrübə araşdırılmışdır. İnternet iqtisadiyyatının müasir vəziyyəti və inkişaf perspektivləri təhlil olunmuşdur. Kosmik, Big Data, bulud, Əşyaların İnterneti, kiberfiziki sistemlər və süni intellekt texnologiyaları iqtisadiyyatının spesifik xüsusiyyətləri araşdırılmışdır. Yeni iqtisadi sektorların sosial-iqtisadi proseslərə təsiri tədqiq edilmişdir. IV Sənaye inqilabına keçid tələblərini nəzərə almaqla İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müəyyən tövsiyələr verilmişdir. Məqalədə tədqiqat obyekti olaraq İKT əsaslı yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və onların sosial iqtisadi proseslərə təsiri aspektlərinin müəyyənləşdirilməsilə əlaqədar müvafiq tövsiyələrin işlənilməsinə baxılmışdır. Texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması, inkişafı problemlərinin müəyyənləşdirilməsində informasiya nəzəriyyəsindən və sistemli yanaşmadan istifadə edilmişdir. Statistik analiz, ekonometrik modelləşdirmə üsullarının, müasir İKT texnologiyalarının tələbləri, IV Sənaye inqilabının əsas tendensiyaları nəzərə alınmışdır. Verilən tövsiyələr texnoloji innovasiya iqtisadiyyatı sektorlarının səmərəli fəaliyyətinin təşkilinə müəyyən böyük töhfələr verə bilər. İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması istiqamətlərinin nəzərə alınması yeni iqtisadi idarəetmədə səmərəliliyin artırılmasına əlavə imkanlar yarada bilər.