z-logo
open-access-imgOpen Access
NEFT VƏ QAZ 4.0: MÖVCUD HƏLLƏR, PERSPEKTİVLƏR VƏ PROBLEMLƏR
Author(s) -
Yadigar İmamverdiyev,
Amea İnformasiya Texnologiyaları İnstitutu
Publication year - 2021
Publication title -
informasiya cəmiyyəti problemləri
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2309-7566
pISSN - 2077-964X
DOI - 10.25045/jpis.v12.i1.03
Subject(s) - physics , crystallography , stereochemistry , chemistry
Məqalə neft-qaz sənayesinin Industry 4.0 texnologiyalarına keçidi zamanı meydana çıxan problemlərin analizinə həsr olunub. Neft-qaz şirkətləri karbohidrogen ehtiyatlarının strukturunun pisləşməsi, enerji resurslarının qiymətinin dəyişkənliyi və kəskin ucuzlaşması şəraitində rəqabət üstünlüyünü qorumaq üçün Industry 4.0 texnologiyalarının tətbiqinə ümid edirlər. Neft-qaz şirkətləri müxtəlif proseslərin optimallaşdırılması üçün Əşyaların İnterneti, bulud hesablamaları, süni intellekt kimi texnologiyaları xeyli müddətdir ki, tətbiq edirlər. Industry 4.0-ın üstün cəhəti, həm də mövcud texnologiyaları bir sistemdə inteqrasiya etməsi və bunun əsasında daha yüksək sinerji təmin etməsidir. Industry 4.0 yanaşması əsasında belə vahid sistemin formalaşdırılmasını hədəfləyən “Neft və Qaz 4.0” konsepsiyası son 2-3 ildə şirkətlərin gündəliyinə daxil olmuşdur. “Neft və qaz 4.0” konsepsiyasının formalaşdırılması hələlik ilkin mərhələdədir və böyük diqqət çəksə də, onun neft və qaz əməliyyatlarına dəyər əlavə etməsi üçün necə istifadə ediləcəyi ilə bağlı bir sıra anlaşılmazlıqlar qalmaqdadır. Bu işin məqsədi neft-qaz sənayesində Industry 4.0 texnologiyalarına keçid proseslərinin və bu zaman qarşıya çıxan problemlərin sistemli analizidir. Industry 4.0-ın əsas xüsusiyyətləri və onun baza texnologiyalarının neft-qaz sənayesində tətbiqi vəziyyəti analiz edilir. “Neft və Qaz 4.0” konsepsiyasının əsas komponentləri üzrə problemlər analiz edilir və müvafiq tövsiyələr işlənilir. Tədqiqatda sistemləşdirmə, ümumiləşdirmə, müqayisəli analiz və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Alınmış nəticələrin neft-qaz sənayesində Industry 4.0 əsasında rəqəmsal transformasiya strategiyasının işlənməsi və həyata keçirilməsində önəmli tətbiqləri gözlənilir.

The content you want is available to Zendy users.

Already have an account? Click here to sign in.
Having issues? You can contact us here