Open Access
Bakı şəhəri əhalisində birncili baş ağrılarının yayılmasının öyrənilməsinin nəticələri
Author(s) -
R. K. Şirəliyeva,
R. L. Həsənov,
E. Ağamalıyev
Publication year - 2019
Publication title -
milli nevrologiya jurnalı
Language(s) - Azerbaijani
Resource type - Journals
eISSN - 2617-8966
pISSN - 2227-0892
DOI - 10.28942/nnj.v1i3.159
Subject(s) - physics
Elmi işin məqsədi Bakı şəhəri əhalisində birincili baş ağrıların yayılmasının öyrənilməsi olmuşdur. Tədqiqat Bakı şəhəri Nəsimi rayonunun əhalisini əhatə etmişdir. 2010-2012 illər ərzində rayonun 45 min nəfər olan yaşlı əhalisinin qeydiyyat siyahısı üzrə hər 30 nəfərdən biri rayon poliklinikasına dəvət edilərək üzbəüz intervyu şəklində tədqiqata cəlb edilmişdir. Ümumi olaraq 1300 nəfər müayinə olunmuşdur. Bütün müayinə olunanlarda standartlaşdırılmış sorğu cədvəlinin istifadəsi ilə baş ağrılarının olması, spesifikası, tipi, risk amilləri, nevroloji və somatik status, intervyuerlərin iqtisadi və sosial durumu öyrənilmişdir. Baş ağrılarının diaqnostikası Baş ağrısı xəstəliklərinin Beynəlxalq Təsnifatının (2-ci redaksiya) meyarları əsasında aparılmışdır.